Uzun müddət qrip, burun tutulmasından əziyyət çəkən 48 yaşlı Liz adlı ingiltərəli qadın burnunu itirib.
"Medicina" xəbər verir ki, qadın bu vəziyyətə düşməsində həkimləri günahkar bilib.
Sən demə xəstədə burun xərçəngi inkişaf edirmiş.
Yalnız il yarımdan sonra həkimlər xərçəngdən şübhələnir. Amma şiş artıq böyümüş və burun kəsilməliydi.
“Bunun xərçəng olduğuna əmin idim, çünki burnum formasını itirməyə başlamışdı. Əvvəllər burnum tamamilə düz idi, ancaq artıq burnum yana doğru əyilir, şişir və qızarırdı” - Merser bildirib.
Əməliyyatdan xarici burun tam götürülüb, qarşıda estetik plastik və ya 3D burun nəqli gözlənilir.
Aygün Musayeva