Hazırda demək olar ki, Qrip (İnfluenza) hər evdə rast gəlir. Xəstəlik özünü yüksək temperatur, sinədə xışıltı, boğaz ağrısı, öskürək, halsızlıq, əzələlərdə, sümüklərdə ağrılar və s. ilə biruzə verir. Müxtəlif insanlar bu xəstəliyi müxtəlif ağırlıqda keçirir; bəziləri ayaqüstə, bəziləri ağır, hətta xəstəxana şəraitində keçirir.
İnfluenza kiçik yaşlı uşaqlarda və yaşlılarda, xroniki xəstəlikləri olanlarda tez-tez ağırlaşma verir. Bundan başqa hazırda qısa bir müddətin içində dəfələrlə KRVİ ilə yoluxma müşahidə edilir. Bu 200 -dən artıq virusun KRVİ törətməsi ilə də bağlıdır.
Hazırda KRVİ- dən sonra uzunsürən öskürək müşahidə edilir. Bu öskürəklərdə Almaniya istehsalı olan təbii preparatlar effektiv təsir göstərir:
Quru öskürəkdə:
Hüsteel 30 ml
Vinceel sprey
Bəlğəmli öskürəkdə:
Bronchalis-Heel N50 tab
Vinceel sprey
Qeyd edək ki, Bronchalis-Heel preparatı siqaret çəkənlərin öskürəyində də çox effektivdir.
Əsasən uşaqlarda, gecə vaxtı burun axıntısı burun-udlağa axaraq qıcıqlandırıcı öskürək verir. Bu hallarda buruna Euphorbium compositum sprey+ağız boşluğuna Vinceel sprey istifadə oluna bilər.
Həkiminizlə məsləhətləşməyi unutmayın!
Hüsteel
QURU, QICIQLANDIRICI, BƏLĞƏMİ AZ VƏ ÇƏTİN İFRAZ OLUNAN, SPASTİK
ÖSKÜRƏKLƏRDƏ SEÇİM PREPARATI
Vinceel
• Boğazda ağrı (tonzillit, kəskin respirator xəstəliklər, zökəm)
• Faringit (əzabverici və quru öskürək)
• Disfoniya
• Ağız boşluğu selikli qişalarının iltihabı
• Ağız boşluğunda olan irinli yaralar
• Diş ətinin qanaması
Bronchalis-Heel
- Siqaret çəkənlərin bronxiti
- Tənəffüs yollarının kəskin və iltihabi xəstəlikləri, traxeya və bronxların degenerativ dəyişiklikləri
- Tənəffüs yollarının öskürəklə müşayiət olunan kəskin və xroniki iltihabi xəstəlikləri (kəskin respirator xəstəlik, traxeit, bronxit, bronxial astma, bronxoektaziya)
- Tənəffüs yollarının spastik komponentlə, çətin bəlğəm ifrazı ilə müşayiət olunan obstruksiyası
Euphorbium comp.
Rinitlər:
- Kəskin rinit (infeksion, allergik)
- Xroniki rinit
Sinusit
- Kəskin
- Xroniki
Kəskin respirator xəstəliklərin profilaktikası və müalicəsi
Burnun selikli qişasında quruluq
Burun boşluğunda aparılan əməliyyatlardan sonra
Otitin kompleks müalicəsində
Burnun selikli qişasının ətraf mühitin əlverişsiz faktorlarından qorunması məqsədi ilə (isti, quru
hava, tüstü, toz, kondisioner havası və s.)