Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qrip, yoxsa COVID-19? - Belə ayırd edin

  • 2020.10.08 13:41
  • 4621 Baxış
Qrip, yoxsa COVID-19?  - Belə ayırd edin
Mövsüm dəyişikliyi yaşadığımız bu günlərdə qrip, soyuqdəymə və allergiya kimi xəstəliklər də artır. Mütəxəssislər bildirirlər ki, koronovirusla bu xəstəliklərin bir sıra oxşar simptomları var.

Medicina.az xəbər verir ki, onları bir-birindən bu yollarla ayırmaq olar:

Virus əvvəlcə yüksək temperaturla başlayır, daha sonra quru öskürəklə davam edir. Bir həftənin sonunda isə nəfəs darlığı ortaya çıxır. COVID-19 xəstələrində hərarət, yorğunluq, öskürək, quru öskürək, nəfəs darlığı, bəzən də ağrı, burun axıntısı, boğaz ağrısı və ishal kimi şikayətlər ola bilər.
Nəfəs darlığı qripdə rastlanmasa da allergiyası olanlarda görülə bilər. Soyuqdəymədə isə asqırma, burun tıxanıqlığı və boğaz ağrısıdır. Asqırma və burun tıxanıqlığı koronovirusda rastlanmır. Həmçinin, nəfəs darlığı, öskürək və quru öskürək kimi koronovirus simptomları qripə yoluxmuş xəstələrdə rastlanmır.


Allergiyanın əsas simptomları arasında asqırma, burun axıntısı, burun tıxanıqlığı və gözdə sulanmadır. Yorğunluq, öskürək, nəfəs almaqda çətinlik və quru öskürək isə ara-sıra rastlanır. Koronovirusun əsas simptomu olan temperatura allergiyada rast gəlinmir.

Koronavirusun ən çox bənzədildiyi xəstəliklərdən biri qripdir. Hər iki xəstəlikdə temperatur, yorğunluq, quru öskürəyə tez-tez rast gəlinir. Nəfəs darlığı COVID-19 xəstələrində olsa da, qripə yoluxanlarda buna rast gəlinmir.

Aygün Nəbiyeva