Mütəxəssislər qrip və soyuqdəyməyə qarşı kəklikotunu məsləhət görürlər.
Medicina.az xəbər verir ki, qidalanma mütəxəssisi Marta Leonun məsləhətinə görə, kəklikotu və limon suyunun birləşməsi immuniteti və qış xəstəliklərinə qarşı müqaviməti dəstəkləmək üçün əla vasitədir.
Kəklikotu tərkibindəki timol və karvakrol birləşmələri sayəsində güclü antibakterial və antimikrobiyal xüsusiyyətlərə malikdir.
Marta Leon kəklikotunun immunitet sistemini gücləndirdiyini, orqanizmi bakteriya və viruslardan qoruduğunu vurğulayır. Kəklikotu xüsusilə soyuqdəymə, qrip və öskürək kimi xəstəliklər üçün faydalıdır.
Kəklikotunun faydaları:
Antibakterial təsir: Bakteriya və virusların yayılmasının qarşısını alır.
Bəlğəmə qarşı: Tənəffüs yollarını rahatlaşdırır və öskürəyi aradan qaldırır.
Qaraciyər sağlamlığını dəstəkləyir: Bədəni toksinlərdən təmizləyir və immuniteti gücləndirir.
Kəklikotu və limon ilə təbii çay resepti
Soyuqdəymə və qriplə mübarizədə kəklikotunun düzgün qəbulu çox vacibdir.
Marta Leonun təklif etdiyi bu sadə reseptlə immunitetinizi gücləndirə bilərsiniz:
1 xörək qaşığı qurudulmuş kəklikotu
1 stəkan qaynadılmış su
Yarım limonun suyu
1 çay qaşığı bal (istəyə görə)
Hazırlanması:
Qaynadılmış suya 1 xörək qaşığı kəklikotu əlavə edin.
Limon suyunu əlavə edib 5 dəqiqə dəmləyin.
Çayı süzün və bal əlavə edərək için.
Bu çayı gündə 2-3 dəfə içə bilərsiniz.
Daimi istifadə ilə immunitet sisteminizin gücləndiyini görəcəksiniz.
Aygün Nəbiyeva
Medicina.az