Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qrip və koronavirus peyvəndi eyni gündə vurula bilərmi? - Professor açıqladı

  • 2021.09.23 12:00
  • 1733 Baxış
Qrip və koronavirus peyvəndi eyni gündə vurula bilərmi? -  Professor açıqladı
"Qrip və koronavirus peyvəndi eyni gündə vurula bilər".

Medicina.az xəbər verir ki, bunu türkiyəli professor Vefik Arıca deyib:

“Qrip peyvəndi risk qrupunda olan 6 ay və yuxarı uşaqlara, yetişkinlərə və 65 yaşdan yuxarı xroniki xəstəliyi olanlara tövsiyə edilir. Koronavirusla qrip peyvəndi arasında hansısa bir əngəl yoxdur. Çünki ikisi də canlı vaksin deyil. Adətən canlı peyvəndlər arasında 1 ay və ya 28 gün keçməlidir. Amma qrip və koronavirus peyvəndi arasında ara verməyə ehtiyac yoxdur. Eyni gün və ya bir gün ara ilə vurdurmaq olar. Hər iki vaksində ilk 24-48 saat ərzində şişkinlik, qızartı, halsızlıq kimi təsirlər ola bilər. Bu hər 10 nəfərdən 2-də rastlanılır. Eyni gündə hər iki vaksinin vurulması daha təsirlidir. Mütəxəssis olaraq bunu məsləhət görürəm, insanlar üçün faydalı olacaq”.