Qrip xüsusilə soyuq havalarda və mövsümi dəyişikliklərdə, öskürək, halsızlıq, yüksək hərarət şikayətləri ilə A və B viruslarının yaratdığı bir infeksiyadır.
Bir epidemiyada bir çox insana təsir göstərə biləcək qripdən qorunmaq üçün fəslə uyğun geyinmək, balanslı sağlam pəhriz saxlamaq və xəstə insanlarla təmasdan çəkinmək vacibdir. Qrip bütün dünyada mövsumi epidemiya şəklində yayılır və hər il minlərlə insan qripin ağırlaşması və düzgün profilaktik tədbirlərin vaxtında görülməməsi səbəbilə dünyasını dəyişir.
"Medicina" xəbər verir ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinin müdiri Yusif Müxtəsimov qriplə soyuqdəymənin təsirindən danışıb.
" Qrip soyuqdəmə kimi yolxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha şiddətli bir xəstəlikdir. 0-4 C arasında bir neçə həftə yaşaya biləcəyi üçün qışda daha çox infeksiyaya səbəb olan qrip virusu ilə qarşılaşmaq son dərəcə asandır. Virus ən çox öskürək, asqırma və danışma yolu ilə yoluxur.
İlk 1-2 həftədə düzgün müalicə planlaması ilə aradan qaldırıla bilən bir sağlamlıq problemi olan qrip diqqət yetirilmədiyi təqdirdə uşaqlarda, qocalarda və aşağı immunitet sistemi olan şəxslərdə həyati təhlükələrə səbəb ola bilər:
"Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Bu virus sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır. Əksər hallarda qripdən sonra baş ağrıları da meydana çıxa bilər ki, belə hallarda dərhal həkim müayinəsi lazımdır" .
Aygün Musayeva