Rusiyada qrip virusunun yayılması səbəbindən 93 məktəb və 84 bağça bütünlüklə bağlanıb.
Medicina.az-ın Trend-ə istinadən məlumatına görə, "Rospotrebnadzor"un tələbi ilə məktəblərdə 1064 sinif və bağçalarda 489 qrup epidemiya səbəbilə fəaliyyətini dayandırıb.
Məlumatda həmçinin deyilir ki, hazırda bağlanan tədris və tərbiyə müəssisələrində profilaktik tədbirlər aparılır.