Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qrip peyvəndi uşaqları xəstəlikdən qoruyarmı? - Pediatrdan açıqlama

  • 2020.10.26 16:22
  • 4470 Baxış
Qrip peyvəndi uşaqları xəstəlikdən qoruyarmı?  - Pediatrdan açıqlama

Azərbaycanda əhalinin müəyyən kateqoriyasının dövlət tərəfindən pulsuz qrip peyvəndinə başlanıldığı bir vaxtda analar uşaqlara bu vaksini vurdurub-vurdurmamaq barədə düşünür.

Hansı uşaqlara qrip peyvəndi vacibdir, bu peyvənd bütün viruslardan, eləcə də koronavirusdan qoruyarmı?

Medicina.az xəbər verir ki, pediatr Aytən İsmayılzadə valideynləri maraqlandıran bütün vacib sualları qısaca cavablandırıb:

- Qrip peyvəndi etdirə bilərikmi?
- Bəli, edə bilərsiniz, heç bir əlavə təsiri yoxdur

- Hamilələr etdirə bilərmi?
- Bəli olar, o ölü vaksindir, canlı virus yox.

- Uşaqlara bu peyvənd vacibdirmi?
- Uşaqlara vacib saymıram. Uşaqların çox virus xəstəlikləri olur. Sağlam uşaq qrip virusu ilə də mubarizə apara bilir. Risk qrupu olanlara etdirə bilərsiz.

- Risk qrupundan olan uşaqlar kimlərdir?
- Cavab : tez-tez xəstələnən və xəstənən zaman ağırlaşan, pnevmoniya, otit olan uşaqlar, immun çatışmazlıq olan uşaqlar ( məsələn, Bruton sindrom və s.)

- Qrip peyvəndi koronavirusdan da qoruya bilərmi?
- Xeyr. Bu peyvənd yalnız influenza uçun nəzərdə tutulmuşdur. Hətta qripin də butun növlərinə qarşı qoruyucu deyil. Sadece ikisi bir arada ciddi fesad olar deyə, birini önləmək doğru olar.

- Qrip peyvəndi etdirsək heç xəstələnmərik
- Cavab : qrip peyvəndi 70% qoruma effektivliyinə malikdir. Digər tənəffüs yolu xəstəliklərinə qarşı effektiv deyil


- Yaşlı insanlardan qrip peyvəndini kimə etdirmək lazimdir
-Cavab :şəkərli diabeti, yüksək təzyiqi, ürək xəstəliyi, immun çatışmazlığı, xroniki xəstəliyi olan şəxslərin qrip peyvəndini alması məqsədəuyğundur.