Alimlər 60-70 yaş arası 9000 xəstədə qrip peyvəndinin təsirini yoxlayıb.
Onlar 2 qrupa bölünüb və bu müddətdə bir qrupa qrip peyvəndi, digərinə plasebo vurulub.
"Medicina" xəbər verir ki, 5 il ərzində peyvənd olunmuş 86 xəstə və plasebo qrupunda 116 nəfər infarkt keçirib.
Sübut olunub ki, peyvənd edilmiş insanların infarkt ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı 33% azalıb.
Bunu qrip virusunun damarlarda iltihaba səbəb olması ilə izah edirlər.
Peyvənd olunan yaşlılar daha az qripə yoluxur.
Qripə qarşı peyvəndlərin xüsusilə 65 yaşdan yuxarı insanlar, hamilə qadınlar və astma, şəkərli diabet, ürək və böyrək xəstəlikləri kimi xroniki xəstəlikləri olan xəstələr üçün vacib olduğunu təsdiqləyir.
Aygün