Dünya Səhiyyə Təşkilatı sensasion hesab olunacaq məlumat yayıb.
Medicina.az xəbər verir ki, təşkilat kasıb və inkişaf etməkdə olan ölkələrə satılan dərmanların 11 faizinin saxta olduğunu bəyan edib. Həmçinin sətəlcəmdən dünyasını uşaqların əsl ölüm səbəbinin saxta və standartdankənar dərmanlar olduğu açıqlanıb.
İngiltərənin Edinburq Universiteti ilə London Gigiyena və Tropikal Tibb Məktəbinin elm adamları apardıqları araşdırma zamanı 48 min dərman üzərində test apararaq analizlər götürüb. Nəticədə dərmanların 11 faizinin keyfiyyət standartlarına uyğun olmadığı və tərkibində lazimi maddələrin olmadığı məlum olub.
Saxta dərmanların 60 faizi infeksiyaları müalicə edən soyuqdəymə əleyhinə olan preparatlardır.
Qeyd edək ki, 2013-cü ildə Paraqvay şəhərində 60-dan çox insan içdiyi öskürək əleyhinə dərman preparatından zəhərlənmişdi. Bu dərmanları içən uşaqların mədələri yuyularaq həyatları xilas edilmişdi.
Onu da bildirək ki, saxta dərman təşkilatının dünyada saxta dərmanlara ildə 30 milyard dollar xərclədiyi ehtimal edilir.