Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qrip əleyhinə dərmanların ziyanları – Bu şəxslərə əsla olmaz!

  • 2019.10.02 10:10
  • 5137 Baxış
Qrip əleyhinə dərmanların ziyanları –  Bu şəxslərə əsla olmaz!

Qrip əleyhinə istifadə etdiyimiz dərmanların tərkibində zərərli maddələr var. Bu maddələr ürək ritminin pozulması və qan təzyiqinin

yüksəlməsinə gətirib çıxara bilər.

 

Medicina.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu kardioloq uzman Dr.Nail Çağlar insanların kortəbii halda ağrıkəsici içmələrinin təhlükələri haqqında danışarkən bildirib. 


O bildirib ki, bu, ürək ritminin ciddi şəkildə pozulmasına gətirib çıxarır. Çünki bu tip dərmanların tərkibində 'psödoefedrin' ve 'efedrin' adlı damar darlaşdırıcı molekullar var. Həkim ağrıkəsicilərin sağlam insanlar üçün də ziyanlı olduğunu bildirib. Lakin insanda hansısa bir ürək xəstəliyi varsa, təhlükə daha da böyük olur.Buna görə, onların həkimə müraciət etmədən dərman qəbul etməsi məsləhət görülmür.
Qrip əleyhinə dərmanların ziyanları –  Bu şəxslərə əsla olmaz!