Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qreçka”ya qatıq qatıb yeməyin – Həkim

  • 2023.08.07 17:59
  • 1970 Baxış
“Qreçka”ya qatıq qatıb yeməyin  – Həkim

Qarabaşaq hazırda sağlamlıq və pəhriz qidası kimi az qala hər gün evlərdə bişir. Bəs hər gün bu qidanı yemək zərərli, yoxsa faydalıdır?


“Medicina” xəbər verir ki, dietoloq Tatyana Razumovskaya qarabaşağı hər gün müəyyən şərtlərə əməl etməklə yeməyin vacibliyini bildirib.

“İlk növbədə, bilməlisiz ki, qarabaşağı məhz səhər yeməyində,ən geci saat 12-ə kimi yeməlisiz. Çünki axşam yedikdə, mədəaltı vəzə ağırlıq edir. Qreçkanı qatığa, kefirə, ətə, balığa qarnir kimi qatıb yemək olmaz.

Çünki bu ikili mədə-bağırsaq sistemində qıcqırma, köp yaradır. Qatıqla qarabaşaq qatıb yeyərək arıqlamaq doğru deyil.
Onu göbələk, yumurta, tərəvəzlərlə birgə yemək olar.

Fiziki işdə çalışanlar, idmançılar hər gün yeyə bilər, çünki o əzələləri bərpa edir”.

Aygün Musayeva