Hər iki yarma gündəlik rasionda kifayət qədər yer tutan ucuz başa gələn qidadır.
Amma Azərbaycan süfrələrində qarabaşaq (qreçka) düyüyə uduzur.
Bəs hansının faydalı olduğunu bilsəniz, onu seçərsizmi?
Qarabaşağın 2 əsas üstünlüyü var: bol liflidir, toxluq verir. Məsələn, səhərlər qarabaşaq yesəz, günortaya kimi acımayacaqsız.
Qarabaşaq əti əvəz edə bilər. Amma müəyyən mənada.
Çünki onda bitki zülalı var
O, mədə-bağırsaq sustemini tənzimləyir, ürək-damarları təmizləyir, marqans, maqniy, dəmir, fosfor kimi elementlərlə zəngindir.
Sümük və toxumaları bərpa edir, uşaq orqanizmini böyüdür. Sinir və beyinə faydalıdır.
Hüceyrələri qocalmaqdan qoruyur, immuniteti gücləndirir.
Qanda şəkəri tənzimləyir.
Diabet xəstələri üçün əsas qarnir olmalıdır.
Arterial təzyiqi normallaşdırır. Yüksək təzyiqi olanlar yeməlidir.
Bəs düyü?
Təəssüf ki, emal olunmuş, ağ, plov düyüsü dediyimiz uzun düyü sağlam qidalar, yarmalar siyahısına daxil deyil.
Tərkibində nişasta, şəkər, karbohidrat çoxdur. Bunlar isə piylənməsi olanlara, təzyiq və şəkər xəstələrinə zərərlidir.
Amma yabanı, təmizlənməmiş düyü liflə zəngindir. Onun tərkibində bütün minerallar salamat qalır.
Belə düyü B qrup vitaminləri, K vitamini ilə zəngindir.
Belə düyü bir qədər bahalıdır.
Bu düyü sümükləri bərkidir, damarları möhkəmləndirir, beyinin işini yaxşılaşdırır, mədə-bağırsaq üçün faydalıdır.
Məhz bu düyü orqanizmi, duzları təmizləyir. Siz düyünün faydalarını oxuyub, elə hesab edirsiz ki, bu düyünü yağsız, duzsuz da qaynadıb yesəz müalicəvi effekt ala biləcəksiz.
Amma yalnız emal olunmamış, çəltiyi tam soyulmamış düyü faydalıdır.
Yalnız bu düyü orqanizmi qoruyur, həm sağlam, həm xəstələr üçün əvəzsizdir.
Düyü saçları, dırnaqları möhkəmlədir, C vitamini, nikotin turşusu, sinklə zəngindir.
Hansını yeyək?
Baxmayaraq ki, hər iki yarma faydalıdır, birinci yer qarabaşağa verilməlidir. Birincisi elə ona görə ki, o bağırsaqları, damarları yapışdıran nişasta yoxdur. Qarabaşaqda qlüten yoxdur.