Sağlamlığımız üçün çox faydalı olan qidalardan biri də qozdur. Onun nə qədər faydalı bir qida olduğunu mütəxəssislər tez-tez qeyd edirlər. Həm yeməklərdə, həm də salatlarda alternativ olaraq istifadə etdiyimiz qoz suyunun özündən çox faydalı olduğu ortaya çıxdı.
Bir stəkan suyun içərisinə bütöv qozu qoyun. Bir gecə saxlayaraq, qoz suyu əldə etmiş olarsınız.
Həzm sistemi üçün çox faydalıdır. Qəbzliyi aradan qaldırır, qaz və şişkinlik kimi problemlərin qarşısını alır.
Mensturasiyası düzənsiz və ağrılı keçən qadınların bu periodu rahat keçirməyinə kömək edər.
Süd verən analar və hamilələr üçün də faydalıdır. Belə ki, hamiləlikdə artıq çəki almasının qarşısını alır. Həmçinin, süd verən analarda qoz suyundakı vitaminlər süd yolu ilə uşağa da keçər.
Tərkibindəki vitaminlər beyin funksiyalarını gücləndirər. Beləliklə altsheymer kimi xəstəliklərə yoluxma riskini azaldır.
Qoz suyu çəki verməkdə də önəmlidir. Protein tərkibi ilə yağ yandırmasını sürətləndirir və beləliklə istənməyən bölgəərdəki yağlara təsir edər. Metabolizmanı sürətləndirdiyi üçün çəki vermək istəyənlərin hər gün ac qarnına bir stəkan qoz suyu içməsi önəmlidir.
Dəriyə də faydalıdır. Sızanaq kimi bir çox problemlərin müalicəsində istifadə edilir.
Dırnaqların və saçların uzanmasında baxım məhsulu kimi istifadə edilir.
Qoz suyu yuxu problemləri yaşayanlar üçün də xeyirlidir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu daha keyfiyyətli yuxunu təmin edər.
Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri azaldır.
Xolestrolu tarazlaşdırar. Bu xüsusuiyyəti ilə o ürək və damar xəstələri üçün önəmlidir. Tərkibindəki folik-asid, Omeqa-3 və maqnezium kimi vitaminlərlə infarkt riskini də azaldır.
Qan şəkərini normallaşdırar. Beləliklə, özünüzü daha enerjili və rahat hiss edərsiniz.
Aygün Nəbiyeva