Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qoz yağının sağlamlığa 10 faydası - Onkoloji xəstələr içə bilərmi?

  • 2021.10.29 15:38
  • 2398 Baxış
Qoz yağının sağlamlığa 10 faydası -  Onkoloji xəstələr içə bilərmi?
Bütün bitki yağları arasında qoz yağını faydalı xüsusiyyətlərinə görə təbiətin möcüzəsi adlandırmaq olar.


Çox qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan bu möcüzəvi qida məhsulu haqqında şərq təbiblərinin belə bir deyimi də var ki, qoz beyindirsə, qoz yağı ağıl deməkdir.

Profilaktik vasitə kimi qoz yağı ürək-damar, qaraciyər xəstəlikləri, maddələr mübadiləsinin pozulması zamanı, ateroskleroza doğru meyl edən insanlar üçün əvəzolunmazdır.

Qoz yağı xüsusilə aşağıdakı xəstəliklərin müalicəsi zamanı faydalıdır:


- Onkoloji xəstəliklər;

- Vərəm;

- Xroniki artrit;

- Xroniki kolit;

- Otit;

- Şəkərli diabet;

- Qəbizlik;

- Ateroskleroz;

- Mədə və on iki barmaq bağırsağın xorası;

- Hipertoniya.

Bunlarla yanaşı, qoz yağı cinsi həvəsi artıran təbii afrodiziakdır. Bu yağın tərkibində olan xüsusi bitki fermentləri cinsi orqanların zonasında qan dövranını gücləndirir və kişilərdə spermatozoidlərin yaranmasını stimullaşdırır.

E vitamini ilə zəngin olan qoz yağı hamilə qadınlar üçün də faydalıdır. Belə ki, qoz yağı dölün düzgün inkişafında mühüm rol oynayır.

Qoz yağı radiasiya şüalanmasına qarşı orqanizmin müqavimətini artırır və antioksidant təsir göstərir.

Bu yağ sinir sisteminə müsbət təsir göstərir, yarana biləcək ruhi pozuntulara qarşı mübarizə aparır.

Bu möcüzəvi qida məhsulunun faydalı xüsusiyyətlərindən biri də yaddaşı möhkəmləndirməsi, zehni fəaliyyəti gücləndirməsidir.

Yaraların, kəsiklərin, yanıqların tez sağalması üçün də qoz yağından istifadə öz bəhrəsini verir. O, həmçinin venaların varikoz genişlənməsi ilə mübarizə üçün də effektli vasitədir.

Döyənəklərdən xilas olmaq üçün qoz yağından təpitmə və kompres etmək müsbət nəticə verir.

Ağız boşluğunda, boğaz və diş əti xəstəliklərində qoz yağı ilə qarqara etməklə mövcud problemləri aradan qaldırmaq mümkündür.

Qoz yağı bütövlükdə bədənin ümumi tonusunu qaldırır, orqanizmin immun sistemini gücləndirir.

Artıq çəki problemindən qurtulmaq istəyənlər üçün qoz yağı əvəzolunmaz məhsuldur. Bu məqsədlə qoz yağından gündəlik olaraq 3 dəfə 20 qram ac qarnına, yeməkdən əvvəl qəbul etmək lazımdır.

Qoz yağı kosmetologiya sahəsində də geniş tətbiq olunur. O, bütün növ dərilər üçün uyğundur. Vitamin və mikroelementlərlə zəngin olan qoz yağı dərini nəmləndirir, cavanlaşdırır, kənar təsirlərdən qoruyur.

Qoz yağının müalicəvi xüsusiyyətlərini saymaqla qurtarmaq olmaz. Ən başlıcası odur ki, bu yağ sağlam və cavan qalmaq istəyənlər üçün ən yaxşı məhsuldur.

Mədə xorasının kəskinləşməsi zamanı və mədə şirəsinin turşuluq dərəcəsi az olduqda qoz yağından istifadə etmək məsləhət görülmür. Müalicə məqsədi ilə istifadə edildikdə orqanizmin fərdi xüsusiyyətlərinə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir. /aztibb.az