Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qoz suyunun sağlamlığa 10 faydası

  • 2024.04.02 10:02
  • 1476 Baxış
Qoz suyunun sağlamlığa  10 faydası
Qoz ürək sağlamlığından beyinə, sümüklərdən tutmuş immunitet sisteminə kimi demək olar ki, bütün orqanizmə yararlı bir qidadır. Qoz bədəni bütün aspektlərdə qidalandırır və gücləndirir. Son dövlərdə isə qoz suyundan istifadə daha çox populyarlaşıb.

Medicina.az qoz suyunun orqanizmə faydalarını araşdırıb.

Tərkibindəki omeqa 3 və E vitamini olan qoz immunitet sistemini dəstəkləyir. Xüsusilə balıq istehlak etməyən və ya vegetarian olan insanların omeqa və zülal ehtiyaclarını ödəmək üçün qoz yeməsi tövsiyə edilir. Qoz suyundan istifadə etmək də qozdan faydalanmağın başqa bir yoludur. Qozun suda saxlanılması ilə əldə edilən qoz suyunun tərkibində minerallar, vitaminlər və liflər - orqanizm üçün faydalı olan müxtəlif komponentlər var. Onun tərkibindəki hər bir maddə bədənin başqa bir hissəsini dəstəkləyir.

Ürək sağlamlığını qoruyur

Qozda alfa-linolenik turşusu adlanan omeqa-3 yağ turşusu var. Bu yağ turşuları ürək xəstəliyi riskləri ilə mübarizə aparır.

Xərçəngə qarşı təsirlidir

Qoz tərkibində polifenollar olduğu üçün antioksidant xüsusiyyətlərə malikdir. Əsasən də döş və prostat xərçənginə qarşı mübarizə aparır.

Saçlar və dırnaqlar üçün faydalıdır

Qoz həm saç, həm də dırnaq sağlamlığı üçün vacib komponentləri təmin edir. Tərkibindəki biotin və B7 tərkibi saçlara, E vitamini isə saç və dırnaqlara təsirlidir.

Yaddaşı gücləndirir

Qozun tərkibində olan Omeqa 3 və 6 yağ turşuları, antioksidantlar, polifenollar və E vitamini beynin yaddaş hissəsini dəstəkləyir. Bu da insanın Alzheimer xəstəliyinə tutulma riskini azaldır.

Sümük sağlamlığı üçün vacibdir

Qoz yaxşı mis mənbəyidir. Bu şəkildə osteoporoza qarşı təsir göstərir. Belə ki, birləşdirici toxuma üçün vacib olan elastinin qorunmasını təmin edən kollagen istehsalında mühüm rol oynayır. Bundan əlavə, qozun tərkibindəki başqa bir maddə olan manqan, tərkibindəki mis ilə birləşərək osteoporozun qarşısını alır.

Arıqladır

Arıqlamaq istəyən insanlar qozun uzun müddət tox saxlayan xüsusiyyətindən yararlana bilərlər. Qozda karbohidratlar azdır və çoxlu doymamış yağ, lif və zülal var. Bu maddələr toxluq hissini artırır və qan şəkərinin çox tez yüksəlməsinin qarşısını alır. Kalorisi az, vitaminləri çox olduğu üçün pəhriz zamanı rahatlıqla istehlak edilə bilər.

Depressiyadan qoruyur

Qozda olan Omeqa-3 ruh sağlamlığına da faydalıdır. Omeqa 3-ün aşağı olması insanı depressiyaya salan səbəblərdən biri ola bilər, ona görə də qoz istehlakı bunun qarşısını almağın təsirli yoludur. Bundan əlavə, Omega-3 beynin daha funksional işləməsini təmin edir.

İltihabı azaldır

Qozun tərkibində olan polifenolik birləşmələr və fitokimyəvi maddələr orqanizmdə iltihabın təsirini azaldır. Beləliklə, ürək-damar və xərçəng xəstəlikləri də daxil olmaqla, bir çox xəstəliklərin qarşısını alır.

Yuxu problemini həll edir

Qozun tərkibində yuxunu tənzimləyən melatonin hormonu var. Müntəzəm olaraq qoz yemək və ya suyunu içmək orqanizmdə melatonin hormonu istehsalını dəstəkləyir və insanın yuxu keyfiyyətini yaxşılaşdırır.

Spermanın keyfiyyətini artırır

Qoz və ya qoz suyu sperma membranlarının oksidləşdirici zədələnməsini azaltmaqla sperma keyfiyyətinin yaxşılaşmasına kömək edir.


Aysel