Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Dərinizi cavanlaşdırır, qırışları açır Qoz maskası

  • 2019.04.02 09:20
  • 12040 Baxış
- Dərinizi cavanlaşdırır, qırışları açır  Qoz maskası

Qoz yalnız dadlı və faydalı çərəz deyil. Ondan üz dərisinin cavan və sağlam qalması üçün  maska kimi də istifadə etmək mümkündür. Bu maskanı yaxşı olardı ki, 2 həftə boyunca həftədə bir dəfə tətbiq edəsiniz. 


Qozun tərkibində dərini qidalandıran, nəmləndirən bir sıra maddələr mövcuddur. Onun tərkibində bol miqdarda dəmir, fosfor, kalsium, maqnezium, A, B, E və P vitaminləri var. 


Medicina.az -ın sizə təqdim etdiyi qoz maskası dərini qidalandırır, tonuslaşdlrlr, vitaminlərlər təmin edir, hamarlaşdırır, həmçinin də təmizləyir. 


Resept: 


• 1 x/q xırdalanmış çiy qoz 

• 1 x/q bal 

• 2 x/q zeytun yağı 


HAZIRLANMASI: 


1. Təxminən 4-5 ədəd qozu təmizləyin. Onları xırdalayaraq sıyıq halına salın.


2. Daha sonra alınan kütləni 1 x/q bal ilə qarışdırın. 


3. Qarışıma 2 x/q zeytun, badam və ya kətan yağı əlavə edin. Sadalanan bitki yağlarını yağlı xama ilə də əvəz etmək olar. 


4. Yaxşıca qarışdırdıqdan sonra eyni qalınlıqda üzünüzə çəkin. 


5. 10-15 dəqiqə saxladıqdan sonra üzünüzü isti su ilə yuyun. Daha sonra isə mineral su ilə yaxalayın.