Qoz-fındığın tərkibində qan damarları üçün təhlükəli olan trans yağlar ola bilər.
“Medicina” xəbər verir ki, həkim – dietoloq Yevgeniy Arzamassevin sözlərinə görə, yediyimiz qoz-fındıq, çərəzlər qan damarlarımıza mənfi təsir göstərə bilər.
“Uzun müddət saxlanmış, qovrulmuş qoz-fındıqları yeməməyi tövsiyə edirəm. Belə bir məhsul çox böyük miqdarda trans yağların mənbəyinə çevrilir”.
Mütəxəssis əlavə edib ki, qovrulmuş qoz-fındıqların düzgün saxlanmaması onların fəsadını daha da artırır.
“Əgər onlar uzun müddət rəfdə qalıb, işıq və osigenlə təmasda olubsa, bu məhsul daha da zərərli olacaq.
Qoz-fındıqdakı təbii yağlar başqa formaya çevrilərək, damarlarda xolesterolun daha çox çökməsimə səbəb olacaq.
Bundan əlavə, damar divarlarının iltihabı riski artır”.
Günay Quliyeva