Qoz-fındığın əslində beyinə, zehnə və yaddaşa faydası deyilirdi. Amma həkim bu çərəzlərin beyinə zərərinin də olduğunu bildirib.
“Medicina” xəbər verir ki, qastroenteroloq Suxorukovaqoz-fındıqların mərkəzi sinir sistemi üçün gözlənilməz təhlükəsini qeyd edib.
“Qoz və fındıq çox miqdarda, aramsız yeyildikdə beyinə zərər verə bilər.
Əgər siz çoxlu qoz yeyirsinizsə, beynin fəaliyyətində problemlər yarada bilər.
Böyük miqdarda fındıq beyin damarlarına mənfi təsir göstərir. Şəkərli diabet və ya diatezi olanlar üçün sonuncunu ümumiyyətlə yemək olmaz
Müxtəlif qoz-fındıqların həddindən artıq istifadəsi orqanizmdə mənfi dəyişikliklərə səbəb ola bilər.
Məsələn, badam böyrək problemlərinə,qoz-fındıq ciddi allergiyaya, uşaqlarda sədəf və ya ekzemaya səbəb ola bilər.
Makadamiya qoz-fındıqları xüsusilə yüksək kalorilidir.
Bundan əlavə, məhsul toksinlərin mənbəyi ola bilər. Məsələn, at şabalıdında belə maddələr var”.
Daha əvvəl diyetoloq Yevgeni Arzamastsev müsahibəsində insanların istehlak etdiyi qoz-fındıqların qan damarlarına mənfi təsir göstərə biləcəyini bildirmişdi. Bu barədə danışan mütəxəssis uzun müddət hardasa saxlanmış, qovrulmuş qoz-fındıqları yeməməyi tövsiyə edib.
Aygün Musayeva