Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qoxu hissiyatının itməsi - Anosmiya nədir?

  • 2018.05.14 14:34
  • 20446 Baxış
Qoxu hissiyatının itməsi -  Anosmiya nədir?
Qoxu rəngarənglik, duyula bilən fərqli iylər zövq bəxş etdiyi kimi müxtəlif təhlükələrdən də qoruyur.


Yanıq və ya qaz qoxusunu vaxtında hiss edərək bədbəxt hadisələrin qarşısının alınması həmin duyğu üzvünün normal fəaliyyəti hesabına baş verir.


Burun boşluğunun yuxarı mərtəbəsində yerləşən reseptorlar 200 minə qədər fərqli qoxunu ayırd etməyə imkan verir.

 

Medicina.az saglamolun.az-a istinadən xəbər verir ki, qoxu hissiyyatından məhrum olmaq anosmiya, iybilmənin azalması və ya itirilməsi isə hiposmiya adlandırılır.


Anosmiya və hiposmiya həm anadangəlmə, həm də qazanılmış ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə olunur.


Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningir, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır.


Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər:


- funksional anosmiya nevrozlar, isteriya, tənəffüs yollarının infeksion xəstəlikləri və allergik rinitlərlə əlaqədar olur


- respirator anosmiya burun çəpərinin əyriliyi, burun-udlaq şişləri, adenoid kimi patologiyaları zamanı inkişaf edir, hava qoxu sinirinin periferik reseptorları olan hissəyə keçə bilmir


- essensial anosmiya iltihabi proses, travma, termiki və ya kimyəvi yanıqla əlaqədar olaraq qoxu reseptorlarının zədələnməsi zamanı yaranır


- qocalıq anosmiyası – yaşla bağlı burunun selikli qışasının atrofiyası ilə əlaqədar olur.


Anosmiyanın müalicəsinə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoyularaq xəstənin baş beynin komyuter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçirilir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Bernşteyn qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif etmişdir. Bu cür müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.