Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qovunla mədə problemlərindən xilas olmağın yolu

  • 2024.06.27 23:47
  • 1836 Baxış
Qovunla mədə problemlərindən xilas olmağın yolu
Yay meyvələri dedikdə qovun ilk sıralarda gəlir.

Medicina.az xəbər verir ki, qovun mədə üçün çox faydalı meyvə hesab olunur. Çünki mədə turşusunu balanslaşdırır.

Qovunun qabığı da özü qədər faydalı xüsusiyyətlərə malikdir. Əsasən ürəkbulanma əleyhinə istifadə olunur.

Qovunun faydaları:

*Qovun dərini nəm saxlayır.
*Tərkibində yüksək miqdarda su var.
*Qəbizliyin qarşısını alır.
*Güclü antioksidant təsiri ilə yanaşı mineral qaynağıdır.
* A, B, D, C, E və K vitaminləri ilə yanaşı maqnezium, kalium, dəmir, mis və alfa-beta karotinlərlə zəngindir.

Qovun qabığının faydalı xüsusiyyətləri:

Qovunun qabığını smuzilərə qatmaq tövsiyə edilir. Qovun qabığından əldə edilən şirə orqanizmin su balansını qorumağa kömək edir və dərini nəm saxlayır.

Qovun qabığı şirəsi C vitamini ilə birlikdə betakaroten və antioksidantlar baxımından çox zəngindir.

Həzm sisteminə müsbət təsir göstərən qovun qabığı şirəsi tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.

Qovun qabığı mədədə sakitləşdirici təsirə malik olmaqla yanaşı, mədə turşusunun tarazlaşdırılmasına da kömək edir.

Bu şirə ilə qarqara etməklə də dişlərinizin və diş ətinizin sağlamlığını qoruya bilərsiniz.

Tərkibindəki kalium ilə təzyiqi tənzimləyən qovun qabığı şirəsi ürək sağlamlığını da dəstəkləyir.

Bədəndən toksinlərin çıxarılmasına kömək edən qovun qabığı şirəsi saç köklərinə sürtüldükdə isə saç tökülməsi və ekzema problemlərini də aradan qaldırır.


Aysel