Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qorxunc xəstəliyin kökü kəsiləcək – MİLYONLARLA İNSAN ƏZİYYƏT ÇƏKİR

  • 2019.05.16 11:00
  • 20594 Baxış
Qorxunc xəstəliyin kökü kəsiləcək  – MİLYONLARLA İNSAN ƏZİYYƏT ÇƏKİR

Ümumdünya Səhiyyə Təşkilatı Demensiyanın (ağlın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) qarşısının alınacağı barədə açıqlama verib. Təşkilat siqaret və alkoqoldan uzaq durarmaqla buna nail olmağın mümkünlüyünü bildirib.

 

Medicina.az ÜST-ün həmin məlumatını təqdim edir.

 

Davamlı fiziki məşq, siqaretdən uzaq durmaq, həmçinin, alkoqol qəbul etmədən Altsheymer xəstəliyi riskini dəf etmək olar. Xüsusi ilə çəkini nizamda saxlamaqla orqanizmin balansını qorumaq olar. Qanda şəkərin miqdarı da sözügedən xəstəliyin riskini aşağı salır. ÜST baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında bildirib ki, 30 ilə Demensiyalı insanların sayı 3 qat artacaq: "Bu risk faktorunu endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Sənədlərdə əksini tapmış bütün nüanslar şübhəlidir. Ona görə də mütləq  hər şeyə yenidən baxmaq lazımdır. Yoxsa bizi böyük təhlükə gözləyir”. ÜST-dən verilən məlumata görə, sürətlə yayılan bu xəstəlik dünyanın ortaq probleminə çevrilib. Dünya miqyasında 50 milyon demensiya xəstəsi var. Bu da hər il 10 milyon yeni fakt deməkdir.
Təşkilatın təxminlərinə görə, dünyada  demensiyaya qoyulan maliyyə 2030-cu ildə 2 trilyon dollara çatacaq. Həmçinin bu sindromdan əziyyət çəkənlərin sayının 65,7 milyona, 2050- ci ildə isə 115,4 milyona çatması gözlənilir.

 

Demensiya nədir? Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticəsində çökməsidir. Xalq arasında buna qocalıq, ağlını itirmə də deyilir. ÜST "100 ilin kabusu” adı verilən Altsheymer xəstəliyini qlobal və sosial böhran adlandırıb. Bu  xəstəlikdən əziyyət çəkənlərin 70%-nin inkişaf etmiş ölkələrə aid olduğu açıqlanıb. Altsheymer xəstəliyi adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür
Altsheymer bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir.

 

Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması ilə qarşımıza çıxır. Xəstəlik kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, 85 yaşdan yuxarı insanların təxminən 50%-i bu xəstəlikdən əziyyət çəkir.

 


 

 
Qorxunc xəstəliyin kökü kəsiləcək  – MİLYONLARLA İNSAN ƏZİYYƏT ÇƏKİR
Qorxunc xəstəliyin kökü kəsiləcək  – MİLYONLARLA İNSAN ƏZİYYƏT ÇƏKİR
Qorxunc xəstəliyin kökü kəsiləcək  – MİLYONLARLA İNSAN ƏZİYYƏT ÇƏKİR