Alimlər dünyada üç növ koronavirusun yayıldığını elan ediblər.
Bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilir ki, virusun genetik tarixinin təhlilindən sonra Kembricdən olan tədqiqatçılar onun bütün dünyada yayılması zamanı mutasiyaya uğradığı qənaətinə gəliblər.
İnsanlara ötürülən virusun mənbəyi olan “A tipi” Avstraliya və ABŞ-da daha çox yayılıb.
Daha sonra bu virus Çində epidemiyaya səbəb olan “B tipi”nə mutasiya edib.
Avropa sakinlərində isə “B tipi”nin törəməsi olan “C tipi”nə daha çox rast gəlinir.
Alimlər koronavirusun mutasiyasının davam etdiyini vurğulayırlar.