Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qoruyucu maskalardan düzgün İSTİFADƏ QAYDALARI

  • 2020.02.28 08:14
  • 2835 Baxış
Qoruyucu maskalardan düzgün  İSTİFADƏ QAYDALARI
Koronavirusun yayılma təhlükəsini nəzərə alaraq, son gün günlər ərzində Azərbaycanda da qoruyucu maskalardan istifadə edənlərin sayı artıb.

Belə bir şəraitdə maskalardan istifadə etmək müsbət bir hal olsa da, insanların əksəriyyəti maskalardan düzgün istifadə edə bilmir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə isə maskalardan istifadə zamanı bir sıra şərtlərə mütləq şəkildə istifadə etmək lazımdır.

Belə ki, ağız və burun maska ilə tam bağlanılmalıdır. Maska taxarkən əmin olmaq lazımdır ki, üzlə maska arasında boşluq qalmayıb. Maskadan istifadə edərkən ona toxunmaq olmaz. Əgər maskaya toxunulacaqsa, onda əllər spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır.

Maska nəm olarkən onu yenisi ilə əvəz etmək lazımdır. Tək istifadəlik maskaları yenidən istifadə etmək olmaz. Maska taxmazdan əvvəl əllər spirt məhlulu ilə təmizlənməli, yaxud sabun və su ilə yuyulmalıdır.

Maskalar üzdən ipləri tutaraq çıxarılmalıdır, maskanın ön hissəsinə toxunulmamalıdır. İstifadə edilmiş maska dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər isə spirt məhlulu ilə təmizlənməli və ya sabun və su ilə yuyulmalıdır. (trend)