Gürcüstan hökuməti koronavirus səbəbindən ölkədə bir aylıq fövqəladə rejim elan edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariya deyib.
“Gürcüstan prezidentini 1 aylıq fövqəladə vəziyyəti qəbul etməyə çağırırıq”, - Qaxariya bildirib.
Qeyd edək ki, qərarın qüvvəyə minməsi üçün Gürcüstan Prezidenti Salome Zurabişvilinin hökumətin qərarını təsdiq etməsi lazımdır.