Gürcüstanda ötən sutkada koronavirusa 1 578 yeni yoluxma faktı təsdiqlənib, 17 nəfər vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 305 850-yə, ölənlərin sayı isə 4 060-a yüksəlib.
Son 24 saat ərzində xəstəlikdən sağalaraq evə buraxılanların sayı 909 nəfər artaraq 287 938 olub.