Gürcüstanda koronavirusa təkrar yoluxma ilə bağlı bir fakt təsdiqlənib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, ilkin və təkrar yoluxma arasında üçaylıq interval olub: “Virusun genomunda dəyişiklik var. Lakin bu nə Britaniya, nə də digər ştammdır”.
A.Qamkrelidze COVID-19-a təkrar yoluxan şəxsin yaşlı olmadığını qeyd edib.