Gürcüstanda son sutkada daha 897 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 196 nəfər sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 284 958-ə, sağalanların sayı isə 275 220-yə çatıb.
Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 10 nəfər artaraq 3 832 olub.
Hazırda karantin rejimində 191, stasionar nəzarətdə 1 892 nəfər saxlanılır.