Gürcüstanda indiyədək koronavirusun Hindistan ştammına 72 yoluxma faktı təsdiqlənib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinqdə məlumat verib.
Onun sözlərinə görə, uşaqlar arasında delta ştammına yoluxma hallarının artacağı ilə bağlı risklər var.
Nazir müavini son iki həftə ərzində ölkədə epidemioloji vəziyyətin pisləşdiyini qeyd edib.