Oktyabrın 4-dən Gürcüstanda məktəblərdə əyani tədris bərpa ediləcək.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin nümayəndəsi Giorgi Qibradze Qurumlararası Koordinasiya Şurasının İclasından sonra keçirdiyi brifinqdə məlumat verib.
O qeyd edib ki, həmin tarixdən etibarən məktəbəqədər hazırlıq dərslərinin və uşaq əyləncə mərkəzlərinin fəaliyyətinin bərpa edilməsinə də icazə veriləcək.