Gürcüstanda son sutkada koronavirusa 147 yeni yoluxma halı təsdiqlənib, 607 nəfər müalicə olunaraq sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 268 502 nəfər yoluxub ki, onların da 262 244-ü sağalıb.
Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 12 nəfər artaraq 3 447-yə çatıb.