Gürcüstanda ötən sutkada koronavirusa 360 yeni yoluxma faktı təsdiqlənib, 119 nəfər sağalaraq evə buraxılıb, 9 pasiyent vəfat edib.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 271 739-a yüksəlib. Onların 265 805-i sağalıb, 3 541-i isə ölüb.
Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyən edilməsi üçün 25 349 test aparılıb.