Gürcüstanda koronavirusun yeni ştammına üç yoluxma halı təsdiqlənib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, yoluxanların təmasda olduğu 31 nəfər müəyyən edilib: "Yoluxma faktları koronavirusun mutasiya etmiş növləri, böyük ehtimalla Britaniya ştammıdır".