Gürcüstanda son sutka ərzində daha 7 521 nəfərdə koronavirus aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 3 160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 006 864 nəfərin yoluxduğu müəyyən olunub. Onların 934 667-si sağalıb, 14 512-si isə dünyasını dəyişib.