Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qonşu ölkələrdə təhlükəli virus yayılıb – BAŞ EPİDEMİOLOQDAN ÇAĞIRIŞ

  • 2017.10.06 15:06
  • 11876 Baxış
Qonşu ölkələrdə təhlükəli virus yayılıb –  BAŞ EPİDEMİOLOQDAN ÇAĞIRIŞ
Rusiyada bu il payız fəsli başlayandan qrip virusunun bir neçə növü yayılıb.


Dövlət qurumlarının məlumatına görə, qonşu ölkədə "Honkonq", "donuz" və "B" tipli qrip viruslarına qarşı kütləvi peyvənd vurulması ilə bağlı kampaniya başladılıb və bu, iki həftə davam edəcək.


Medicina.az Xəzər xəbərə istinadən bildirir ki, mediada Ukraynada da təhlükəli qrip viruslarının yayılması barədə xəbərlər çıxıb.


Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyir ki, qonşu və yaxın dövlətlərdə vəziyyətin necə olmasından asılı olmayaraq, ölkədə qripə qarşı kütləvi peyvəndləşmə üçün heç bir əsas yoxdur və vəziyyət ölkənin tibb xidmətlərinin tam nəzarətindədir.


Bununla belə, baş epidemioloq tövsiyə edir ki, qripə yoluxmaqdan ehtiyat edən vətəndaşlar peyvənd etdirə bilərlər.


Baş epidemioloq bildirib ki, əgər təhlükə yaranarsa, bütün profilaktik tədbirlər görüləcək. Bununla yanaşı, İbadulla Ağayev vətəndaşları adi profilaktik qaydalara riayət etməyə çağırıb.


Baş epidemioloq bu məsələnin Səhiyyə Nazirliyinin diqqətində olduğunu da vurğulayıb.