Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qonşu ölkədə daha bir dəhşətli xəstəlik təhlükəsi - Siçovullardan keçir

  • 2019.02.21 11:27
  • 7752 Baxış
Qonşu ölkədə daha bir dəhşətli xəstəlik təhlükəsi -  Siçovullardan keçir
 

Rusiya höküməti Nigeriyada "Lassa" qızdırmasının yayılması ilə bağlı bu ölkəyə səfər etməyi planlaşdıran vətəndaşlara çağırış edib.

 

Medicina.az-ın məlumatına görə, Nigeriyaya səfər edənlərə diqqətli olmaları üçün xəbərdarlıq edilib.  


Belə ki, 2018-ci il avqust ayından 2019-cu il fevralın 3-ə qədər olan müddətdə ölkənin 19 ştatında 731 "Lassa"ya yoluxma faktı qeydə alınıb. Həmin hallardan 57 nəfər ölüb.


Qeyd edək ki, yüksək qızdırma ilə müşayiət olunan "Lassa" qızdırması nəfəs orqanlarının tıxanması, mərkəzi sinir sisteminin zədələnməsi, eləcə də böyrəklərin sıradan çıxması ilə ölümə səbəb ola bilir.


Xəstəliyin infeksiya yayıcısı isə Afrika sıçovulları hesab olunur.