Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopub.
Medicina.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində yaşanıb.
Məlumata görə, kişi sürdüyü maşının pəncərəsindən qolunu çıxarıb. Qarşı yoldan hərəkət edən “QAZel” markalı maşın onun yanından keçənkən qoluna dəyib və biləyini qopardıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib.