Qəzzada Şuca məhəlləsinə düşən bomba zamanı körpənin qolu qopub.
Medicina.az xəbər verir ki, Qəzzada jurnalistlərin redaksiyalarına hər gün ürəkağrıdan görüntülər göndərilir.
Həmin jurnalistlərdən biri olan Nahed Hajaj kiçik bir körpənin bombardman nəticəsində yaşadıqlarını paylaşıb.
Hücum nəticəsində qolunu itirən balaca, məsum körpənin sarğıya bükülmüş görüntüsü sosial mediada gündəm olub.
Qolunu itirən balaca körpənin Baptist Xəstəxanasında müalicə olunduğu bildirilib.
Qeyd edək ki, İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 886 nəfərə yüksəlib.
Aygün
Medicina.az