Azərbaycan Respublikasının Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovla bağlı sosial şəbəkələrdə ildırım sürətilə yayılmış xəbər böyük səs-küy yaradıb.
İddia olunur ki, Murad Dadaşov ötən gün prezident seçkilərinin nəticələri elan olunduqdan sonra sevincini alqışlarla ifadə edərkən qolu çıxıb.
"Medicina" xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan Murad Dadaşov sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib edib:
“Sosial şəbəkələrdə haqqımda yayılan xəbərlərin heç bir əsası yoxdur, boş məlumatdır. Hər şey əladır. Sizə və əzizlərinizə can sağlığı və gözəl əhval-ruhiyyə arzulayıram. Maraqlandığınız üçün də təşəkkür edirəm”