Qoltuqaltı qaralmalar yayılmış kosmetoloji problemlərdən biridir. Bu qadınlarda diskomfort hiss yaradır.
Bəs bu problemin yaranma səbəbləri nədir?
Medicina.az əksər qadınların problemi olan qoltuqaltı qaralmanın səbəblərini təqdim edir:
- Gigiyena qaydalarına kifayət qədər riayət etməmək.
- Bu bölgəni tez-tez qırxmaq və ya depilyator-kremlərdən istifadə etmək.
- Dezodoranta olan reaksiya.
- Həddindən artıq tərləmə.
- Piylənmə və ya şəkərli diabet
- Hamiləlik.
- Hormonal pozulmalar.
- Hamiləlik əleyhinə və hormonal preaparatların uzun müddət ərzində qəbulu.