Qoltuq tüklərinin ülgüclə təraşı tüklərin dərinin altına batmasına, qıcıqlanmaya və daha da sürətlə uzanmasına səbəb olur. Bir çoxları üçün bu əziyyət olsa da, şəxsi gigiyena baxımından tüklərin təmizlənməsi vacibdir. Əks halda tər səbəbindən həmin nahiyədə bakteriyalar çoxala və xoşagəlməz qoxuya səbəb ola bilər.
Medicina.az qoltuqdakı tükləri ülgüc istifadə etmədən yox etməyin 4 üsulunu təqdim edir:
1) Şəkər tozu və limon suyu
Şəkər tozu və limon, arzuolunmaz tükləri yox etmək üçün tətbiq olunan ən effektiv vasitədir. Biz az ağrılı olsa da tüklərin yenidən çıxması 4 həftəyə qədər çəkir.
Tərkibi:
1 st şəkər tozu
1/4 st bal
1/2 limon suyu (2 yemək qaşığı)
Bu maddələri bir qabda qarışdırın, sonra isə mikrodalğalı sobada qızdırın. Çıxarıb hər 20-30 saniyədən bir qarışdırın. İstifadədən əvvəl soyumağa qoyun. Limon suyu turş bir maddədir. Bu səbəbdən tükləri yumşaldır və görünməz hala gətirir. Eyni zamnada da uzanmasını ləngidir.
2) Süd və sarıkök
Süd ilə sarıkök qarışığı da tüklərin gec çıxmasını təmin edir. Mütəmadi istifadə etdikdə tüklərin azalmasına da kömək edir.
3 çay qaşığı sarıkök tozu
1 çay qaşığı süd
Bu iki maddəni bir kremə qatın və qoltuğunuza sürtün. 20-30 dəqiqə, yani quruyana qədər gözləyin. Daha sonra maskanı isladaraq bez yardımı ilə ovun. Qoltuqaltını ilıq su ilə yuyub qurulayın. Müsbət nəticə əldə etmək üçün bu maskanı mütəmadi olaraq təkrarlayın.
3) Yumurtanın ağı ilə qarğıdalı unu
Bu maskanı yalnız qoltuq tüklərini tökmək üçün istifadə etmək daha məqsədə uyğundur.
Bir yumurtanın ağı, 1 yemək qaşığı qarğıdalı unu və 1 yemək qaşığı şəkər tozu
Hazırlamış olduğunuz məcunu tük olan bölgəyə sürtün və quruyana qədər gözləyin. Quruduqdan sonra maskanı soyub çıxarın.
4) Sarıkök və çay sodası
Bu məcunun hazırlanması daha asandır. Müsbət nəticəni ilə tez bir zamanda əldə edəcəksiniz.
1qaşıq sarıkök və 2 qaşıq sodanı suda qarışdırın.
Pasta halına düşsün deyə suyu fasilələrlə əlavə edin.
Qoltuğunuza sürtün və qurumasını gözləyin. Tam quruduqdan sonra isə ilıq su ilə yuyun.