Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qolaltından kəskin qoxu gəlməsinin tibbi səbəbi

  • 2023.05.16 17:27
  • 1492 Baxış
Qolaltından kəskin qoxu gəlməsinin  tibbi səbəbi
Səhər duş qəbul etdiniz, təmiz paltar geyindiniz, ancaq xüsusi spreydən istifadə etməmisinizsə, bir neçə saatdan sonra qolaltından kəskin tər qoxusu artıq burnunuzu qıcıqlandırmağa başlayır.

“Medicina” xəbər verir ki, qoltuqaltıda, eləcə də qasıqda, anal nahiyədə, alında, göz qapaqlarında, burun qanadlarında, məmə uclarının ətrafında çoxlu apokrin tər vəziləri var.

Bədənin bütün səthinin dərisi altında yerləşən və qoxusuz, şəffaf, su kimi maddə ifraz edən tər vəzilərindən fərqli olaraq apokrin vəzilər yağlı tər ifraz edir.


Apokrin vəzilərin başqa tamam rolu var, onlar fərdi qoxumuzun formalaşmasına cavabdehdirlər. Hormonların təsiri altında stress, qorxu, narahatlıq, ağrı və cinsi oyanmaya cavab olaraq apokrin vəzlərinin fəaliyyəti artır.
Ona görə də belə vəziyyətlərdə biz daha çox tərləyərək və daha kəskin qoxu gəlir.

Apokrin tər vəziləri yetkinlik yaşına qədər fəaliyyətsiz qalır, ona görə də uşaqların tərindən pis qoxu gəlmir. Ancaq cinsi hormonlar istehsal olunmağa başlayan kimi vəziyyət dəyişir, uşağın da qoltuqları kəskin tərləyir.

Araşdırmalar göstərir ki, qadınlarda menstrual dövr ərzində, yumurtlama dövründə əks cins üçün cəlbedici qoxu gəlir.

Günay Quluzadə