Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qol və budlardakı yağları əridən – 3 içki

  • 2023.06.14 10:53
  • 1512 Baxış
Qol və budlardakı yağları əridən   –  3 içki
Arıqlamaq və bədənin ümumi sağlamlığını bərpa etmək yollarını axtaran bəzi insanlar bitki çaylarına müraciət edirlər.


“Medicina” xəbər verir ki, terapevt, endokrinoloq və kardioloq Aleksey Jitonun sözlərinə görə, maddələr mübadiləsini sürətləndirən bu çaylar sağlam arıqlamağa yardım edə bilər.


“Yaşıl çay orqanizmə antiinflamatuar təsir göstərən bioflavonoidlərlə zəngin məşhur növlərdən biridir. Effektiv arıqlamaq üçün bu çaydan istifadə etmək olar. Orqanizmdə maddələr mübadiləsinə də yaxşı təsir göstərir.

İtburnu arıqlamaq üçün faydalıdır. Onu istifadə etmək üçün yeməkdən bir saat əvvəl dəmlənməlidir.

Gicitkan maddələr mübadiləsini sürətləndirmək üçün istifadə edilə bilər. Bu bitkidən hazırlanmış həlim mükəmməldir. Qışda qurudulmuş gicitkən, yayda isə təzə yarpaq götürə bilərsiniz.

Bundan əlavə, nanə, əlavə olaraq, iştahı boğmaq və həzmi yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Bu bitki həm də stressi azaldır və yağ yandırma prosesini sürətləndirir.

Bununla belə, hər hansı arıqlama metodundan istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməli və çaydan istifadə qaydalarına əməl etməlisiniz”.


Aynurə Məmmədova