Türkiyənin Dənizli şəhərində parkda oynayarkən qolunu qıran 6 yaşlı Miray xəstəxanada vəfat edib. Ailə kiçik qızın ölüm səbəbinin aşırı narkoz olduğunu iddia edir.
Medicina.az xəbər verir ki, xəstəxanada qolunun rentgeni çəkildikdən sonra əməliyyata alınan qız narkozun təsirindən saatlar keçməsinə baxmayaraq oyana bilməyib.
Ailə xəstəxananı əməliyyat sırasında səhlənkarlıq olması səbəbi ilə məhkəməyə verib. Mirayın ölüm səbəbi araşdırılır.
Aygün Nəbiyeva