Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalmanın qarşısını alan, spermaya müsbət təsir edən - püstənin FAYDALARI

  • 2019.12.09 18:00
  • 3767 Baxış
Qocalmanın qarşısını alan, spermaya müsbət təsir edən -   püstənin FAYDALARI
Püstə çox faydalı və müalicəvi məhsuldur.Onun tərkibində bir çox faydalı maddələr var - vitaminlər (B qrupu, E, C,PP, A), minerallar (mis, marqans, fosfor, selen, sink, kalium, maqnezium), əvəzolunmaz aminturşuları, polidoymamış yağ turşuları və s.

Medicina.az sizə püstənin faydalarını təqdim edir:

- Püstə sinir sistemi üçün çox faydalıdır. Əqli fəaliyyəti və əhval-ruhiyyəni yaxşılaşdırır, streslə mübarizə etməyə kömək edir. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq püstəni öz rasionuna daxil etməlidir. Çinlilər püstəni "xoşbəxt qoz" adlandırırlar. Püstə həqiqətən əhval-ruhiyyəni yaxşılaşdırmaq qabiliyyətinə malikdir.

- Antioksidantlarla zəngin olan püstə orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir.

- Püstə nəfəs yollarına müsbət təsir edir.

- Püstənin tərkibində olan bəzi nadir maddələr gözlərin sağlamlığını qoruyur.

- Püstə ürəyin və damarların sağlamlığını qoruyur, qanda xolesterinin səviyyəsini aşağı salır.

- E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün çox faydalıdır.

- Qara ciyərin sağlamlığını qoruyub saxlamaq istəyirsinizsə, mütləq püstə yeyin.

- Püstə tanınmış afrodiziakdır. Kişilərdə potensiyanı yaxşılaşdırır, spermanın tərkibinə müsbət təsir edir.

Nəzərə almaq lazımdır ki, püstəni çox yemək olmaz. Gün ərzində 1 ovuc püstə orqanizmi bir çox faydalı maddələrlə təmin edəcək. Püstə allergiyaya səbəb ola bilər. Uşaqlarda püstə hətta çox ağır allergik reaksiyaların, hətta anafilaktik şokun inkşafına səbəb ola bilər.