Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalmanın 3 mərhələsi – Hansı yaşdan başlayır?

  • 2023.07.18 16:07
  • 1638 Baxış
Qocalmanın 3 mərhələsi  – Hansı yaşdan başlayır?
Herontoloqlar insanın qocalmasının üç kritik yaş mərhələsini ayırırlar - bunlar 45, 60 və 75 yaşdır. Bu mərhələlərin hər birində orqanizmin hüceyrə səviyyəsində əhəmiyyətli bioloji dəyişikliklər baş verir.



“Medicina” xəbər verir ki, Biologiya elmləri doktoru Aleksey Moskalevin sözlərinə görə qocalmanın ilk çağırışları 40 yaşdan başlayır.



45 yaş. bu yaş həddi reproduktiv funksiyanın tamamlanması ilə bağlıdır, sağlam aktiv nəslin valideynləri olmaq qabiliyyəti kəskin şəkildə azalır. Bu qocalmanın ilk fərqli çağırışıdır.


60 yaş. Bu yaşda hüceyrələrin bölünməsi və toxumaların bərpası prosesində əhəmiyyətli bir yavaşlama müşahidə olunur ki, bu da orqanizmin xəstəliklərə qarşı həssaslığına və onlara dözmək qabiliyyətinə təsir göstərir. Orta hesabla 60 yaşlı bir insan üç xroniki patologiyadan əziyyət çəkir.


75 yaş. Kimyəvi maddələrin hüceyrələrarası ötürülməsi üçün vacib olan hüceyrədənkənar matrisi əhəmiyyətli dərəcədə zəiflədir. Qoruyucu maneələr öz funksiyalarını yerinə yetirməyi dayandırır, bu da müxtəlif orqanlar, beyin problemləri və xroniki xəstəliklərin sayının artmasına kömək edir.

Bu proseslər orta hesablanmış statistikanı əks etdirir. Bədəninizə diqqət və ona müntəzəm qulluq, xroniki xəstəliklərin erkən diaqnostikası və müalicəsi, fiziki aktivliyi qorumaq qocalma proseslərinin başlamasını gecikdirən amillər ola bilər”.


Günay Quluzadə