Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalmanı sürətləndirən və yavaşladan qidalar

  • 2024.07.16 13:49
  • 772 Baxış
Qocalmanı sürətləndirən və yavaşladan qidalar
Gözəlliyi və sağlamlığı qorumaqdan danışan mütəxəssislər orqanizm üçün lazım olan qida maddələrinin əsas mənbələrini sadalayıblar.

Medicina.az xəbər verir ki, mütəxəssislər qadınların yağ istehlakından çəkindiklərini, lakin balanslaşdırılmış pəhrizdə onlara da yer vermək lazım olduğunu bildiriblər.

“Yağlar qidalanmanın təxminən 30% -ini təşkil etməlidir. Çünki yağ hüceyrə membranının vacib komponenti, həm də cinsi hormonların mənbəyidir”, - deyə bildirilir.

Ancaq burada bir nüans olduğuna diqqət çəkirlər: orqanizm əsasən çərəzlərdə, avokadoda və yağlı balıqlarda olan faydalı yağlarla təmin olunmalıdır. Doymuş yağların isə məhdudlaşdırılması məsləhətdir. Məsələn, yağlı ət, kərə yağı, kokos yağı, palma yağı, quyruq yağı doymuş yağlara nümunədir. Pəhrizdə trans yağları minimuma endirmək lazımdır.

Həkimlər bildirirlər ki, bir qayda olaraq, mağazalarda satılan çörək və digər un məmulatlarında, uzun saxlama müddəti olan desertlərdə, “fast-food”larda, eləcə də digər hazır yarımfabrikatlarda bol miqdarda trans yağlar olur. Bu cür qidaların sistemli istehlakı ürəyə və qan damarlarına, mədə-bağırsaq sisteminə, dəri vəziyyətinə və s. mənfi təsir göstərir. Bunlar insanın qocalma prosesini də sürətləndirir.

Bir çox insan orqanizmin hüceyrələri üçün əsas tikinti materialı olan zülalları hansı məhsullardan əldə etməyin daha yaxşı olduğu ilə maraqlanır. Zülal gün ərzində qəbul edilən hər yeməkdə olmalıdır. Ancaq bədəni züllal ilə təmin etmək üçün hər gün yumurta və ət yemək lazım deyil. Menyuda paxlalılara (mərcimək, lobya, noxud, yaşıl noxud və s.), həmçinin quş əti və balığa yer verə bilərsiniz.

Ekspertlərin fikrincə, sağlamlığı və gözəlliyi qorumağa yönəlmiş pəhrizdə çörək də olmalıdır. Lakin tam taxıldan hazırlanmış çörək yemək lazımdır. Qəhvəyi düyü, qarabaşaq, kinoa, yulaf da faydalı qidalardır. Ancaq karbohidrat mənbəyi olan bu cür qidaları faydalı olsalar belə balanslı şəkildə yeməkdə fayda var.

"Menyuya mütəmadi olaraq kəsmik, süd və kefir, qatıq, pendir kimi süd məhsullarını daxil etməyi unutmayın", - deyə dietoloqlar vurğulayırlar.


Aysel