Yaşlanmanın qarşısını tamamilə almaq olmur. Lakin bunu gecikdirmək mümkündür. Yaşlanmanı müəyyən müddətə dayandırmaq üçün mütəmadi olaraq sürətli gəzmək lazımdır.
“Medicina” xəbər verir ki, Lester Universitetinin (Böyük Britaniya) alimlərinin araşdırmaları göstərdi ki, yerimə sürəti insan sağlamlığının vəziyyətini dəqiq əks etdirir, gündə cəmi 10 dəqiqəlik intensiv gəzinti ömrün müddətini artırır və sürətli yeriyən insanlar nəzəri olaraq 20 il daha artıq yaşaya bilirlər.
Yeni bir araşdırmada, elm adamları yerimə sürəti ilə leykosit telomer uzunluğunun necə əlaqəli olduğunu öyrəniblər. Telomerlər xromosomları zədələnmədən qoruyan uclardır. Hər hüceyrə bölünməsi zamanı telomerlər o qədər qısalır ki, hüceyrə artıq bölünə bilməyəcək replikativ qocalma" adlanan prosesə keçir.
Telomerlər nə qədər qısa olarsa, hüceyrə bölünməsi dövrləri bir o qədər çox keçərsə, hüceyrə nə qədər yaşlı olarsa, yaşa bağlı xroniki xəstəliklərin riski bir o qədər yüksəkdir. Alimlər hesab edirlər ki, leykositlərin telomerləri (ağ qan hüceyrələri) insan orqanizminin bioloji yaşının dəqiq markerləridir.
Tədqiqatçıların sözlərinə görə, bütün həyatı boyu yüksək sürətlə hərəkət edən insanlar, bioloji nöqteyi-nəzərdən eyni yaşda yavaş yeriyənlərdən 16 yaş kiçikdirlər.
Fiziki fəaliyyətin ümumi miqdarından asılı olmayaraq, tez-tez yeriyən insanların ağ qan hüceyrələrinin telomerləri adətən yavaş yeriyənlərə nisbətən nəzərəçarpacaq dərəcədə uzun olur.
Aynurə Məmmədova