Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalmanı gecikdirmək üçün nə etməli? - 7 ÜSUL

  • 2023.02.21 14:54
  • 1603 Baxış
Qocalmanı gecikdirmək üçün nə etməli?  - 7 ÜSUL

Zamanı geri döndərmək heç kəsə qismət olmayıb.Yaşlanmağımızın 50% DNT – dən, genetikamızdan,qalanı isə həyat tərzimizdən asılıdır. İdman və qidalanmanın köməyi ilə bioloji yaşımızı bir neçə ilini geri çəkə bilərik.

Bakupost.az cavanlaşma üçün 7 qaydanı təqdim edir.

1. Qida rasionunuza giləmeyvələr əlavə edin. Sərbəst radikallar dərinin əsas düşmənidir. Hər gün bizi əhatə edən hava çirklənməsi, ultrabənövşəyi şüalar, siqaret, stress qırışların və ləkələrin tez əmələ gəlməsinə yol açır. Antioksidant giləmeyvələr bunların qarşısını almaqda vasitədir.

2. Vitamin D qəbulu. Günəş şüaları ilə bərabər həkimin məsləhəti ilə vitamin D qəbul etmək olar.

3. Cinsi əlaqə. Mütəmadi cinsi əlaqə həm sağlamlıqdır,həm də yaşlanmanın qarşısını alır.

4. Maye qəbuluna riayət etmək. Mütəmadi maye, əsas da bildiyimiz adi su orqanizmimizi təmizləyir. Qırışların əmələ gəlməsinin qarşısını alır.

5. Stresdən maksimum uzaq olun. Bu insanı daha tez qocaldır, çünki bu vəziyyətdə bədən kortizol ifraz edir. "Döyüş və ya uçuş" rejimində damarlar daralır və qanla daha az oksigen keçir. Sərbəst radikallar elə orada gözləyirlər, stress vəziyyətində çiçək açır və bizi daha yaşlı göstərirlər.

6. Mütəmadi idmanla məşğul olun. Əzələlər dərini elastik edir, yağ yandırır və optimal insulin səviyyəsini saxlayır.

7. Dicəlin. Yaxşı yuxu ,massaj,sadəcə uzanaraq dincəlmək orqanizmdə hüceyrələr yenilənir, kortizol məhv olur və yuxu hormonu melatonin orqanizmə cavanlaşdırıcı təsir göstərir.