Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qocalmağın qarşısını alan ən təsirli vasitə: təbii kollagen mənbələri

  • 2024.03.18 20:05
  • 1110 Baxış
Qocalmağın qarşısını alan ən təsirli vasitə:   təbii kollagen mənbələri
Yaş artdıqca orqanizmdə baş verən dəyişikliklərdən biri də kollagen istehsalının azalmasıdır.

Medicina.az xəbər verir ki, kollagen bədənimizin əsas “tikinti materiallarından biri”dir və dərinin möhkəmliyini, elastikliyini, gənc görünüşünü təmin edir.

Yaşlandıqca kollagen istehsalının azalması dərinin sallanmasına, qırışlara, elastikliyin itməsinə səbəb olur. Ancaq müəyyən qidaları yeyərək bu vəziyyətin qarşısını almaq olar.

Dietoloq Kayl Krouli kollagenlə zəngin qidalardan bəhs edib.

"Tədqiqatlar göstərdi ki, kollagenlə zəngin qidaların istehlakı onların çatışmazlığından qaynaqlanan qırışları azaltmaqla dərinin yaşlanmasını yavaşladır”, - deyə Kayl Krouli bildirib.

O, ən effektiv təbii kollegen mənbələrini belə sıralayıb:

- Sümük bulyonu
- Balıq
- Toyuq

Digər köməkçi qidalar:

"Giləmeyvələr, sarımsaq, yaşıl yarpaqlı tərəvəzlər, sitrus meyvələri, lobya, pomidor, bütöv taxıllar, çərəzlər və C vitamini ilə zəngin qidalar bədənin daha yaxşı kollagen istehsal etməsinə kömək edir. Bu qidalar kollagen istehsalını artırmaqda çox təsirlidir, çünki C vitamini kollagen sintezini dəstəkləyir", - deyə dietoloq qeyd edib.


Aysel